Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert regionlardakı aqrofestivalların əhəmiyyətindən danışır

© AZƏRTAC“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyəti sədrinin müşaviri Vüqar Namazov
“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyəti sədrinin müşaviri Vüqar Namazov - Sputnik Azərbaycan
Abunə olmaq
“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyəti sədrinin müşaviri Vüqar Namazov deyir ki, festivalların keçirilməsində əsas məqsəd yerli məhsulların satışının təşviqi və bu sahəyə marağın yönləndirilməsidir
Vüqar Namazov: “Festivallar bölgələrə turistlərin cəlb edilməsi üçün çox əhəmiyyətlidir”

“Kənd Təsərrüfatı Nazirliyi və onun tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC bölgələrdə aqrar sahə üzrə keçirilən festivallara həmişə böyük dəstək göstərir”. Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyəti sədrinin müşaviri Vüqar Namazov Balakəndə keçirilən III Xurma festivalının yekunları ilə bağlı müsahibəsində söyləyib.

Vüqar Namazov bildirib ki, belə festivalların keçirilməsində əsas məqsəd yerli məhsulların satışının təşviqi və bu sahəyə marağın yönləndirilməsidir: “Bu festivallar, eyni zamanda, bölgələrdə aqroturizmin inkişafına da böyük təkan verir. Yerli və xarici turistlər belə festivallara böyük maraq göstərirlər. Festivallar bölgələrə turistlərin cəlb edilməsi üçün çox əhəmiyyətlidir. Turistləri yalnız gəzmək düşündürmür, onlar, eyni zamanda, alıcılar, həm də gələcəyin sərmayəçiləri, təsərrüfatçları, fermerləridir”.

Vüqar Namazovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0