BAKI, 28 oktyabr — Sputnik. SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov hesab edir ki, NATO-nun genişlənməsi Qərbin böyük strateji səhvidir.
Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu sabiq prezident bu yaxınlarda satışa çıxacaq "Xəritəyə nə qoyulub: Qlobal dünyanın gələcəyi" adlı kitabında yazıb.
"Mən heç vaxt öz fikrimi gizlətməmişəm: NATO-nun genişlənməsi barədə qərar Qərbin böyük strateji səhvi idi, bu addım Avropa və ondan kənarda hərbi-siyasi vəziyyəti gərginləşdirən addım idi", - deyə Qorbaçov bildirib.
Siyasətçi, həmçinin qeyd edib ki, soyuq müharibə illərinin sonunda bu məsələ müzakirə olunub: "Həmin vaxt NATO və Varşava Müqaviləsi Təşkilatında hərbi doktrinalara yenidən baxılması prosesi gedirdi. Həmçinin alyansa üzv ölkələrin Silahlı Qüvvələrinin azaldılmasına dair razılaşma da əldə olunmuşdu”.