BAKI, 28 oktyabr - Sputnik. Nazirlər Kabineti Aparatına İşlər müdiri vəzifəsinə yeni təyinat olub.
APA-nın məlumatına görə, bu barədə Baş Nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncama görə, Hikmət Xəlilov Nazirlər Kabineti Aparatının yeni İşlər müdiri təyin olunub.
Qeyd edək ki, Baş Nazir Əli Əsədovun oktyabrın 23-də imzaladığı sərəncamıla Nazirlər Kabinetinin İşlər müdiri Adil Əhmədov vəzifəsindən azad edilmişdi.
Bu gün həmçinin Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinə yeni müdir təyin olunub.
Bu barədə Baş Nazir Əli Əsədov sərəncama imza atıb. Sərəncama görə, Mehman Tağıyev Nazirlər Kabineti Aparatının Humanitar və sosial məsələlər şöbəsinin müdiri təyin olunub.
Xatırladaq ki, Baş Nazirin 24 oktyabr tarixli sərəncamı ilə Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov vəzifəsindən azad edilmişdi.