Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dövlət vəziyyətə müdaxilə edir: Əsas qidamızda ucuzlaşma olacaq

© Sputnik / Alexander Utkin / Mediabanka keçidТорговля мясом. Архивное фото
Торговля мясом. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Ət məhsullarının qiymətinin baha olması yemin qiymətinin baha olmasına bağlıdır. İndi isə bu qiymətin aşağı salınması üçün radikal addım atılır

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 28 oktyabr — Sputnik. 2020-ci il yanvarın 1-dən Azərbaycanda heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı 4 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb və məsələyə parlamentdə baxılacaq.

Ət, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Təəccüblü olsa da - Azərbaycan ən az ət yeyən ölkələrdəndir

Bəs, yem və yem əlavələri satışının 4 il müddətinə ƏDV-dən azad edilməsi qırmızı və ağ ətin qiymətinə təsir edəcəkmi?

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli Sputnik Azərbaycan-a deyib ki, ƏDV-dən azadetmə dövlətin bu sahəyə dolayı dəstəyidir: “Biz hələ ki, daxili istehsal hesabına qırmızı və ağ ət ilə özümüzü təmin etmədə 70-80% keçə bilmirik. Burada köklü məsələlərin həlli vacibdir. Ölkədə yemçilik bazası zəifdir. Hazırda əkin strukturunda ən az yeri yem bitkiləri tutub. Hətta yem bitkiləri əkilsə belə, hamı eyni bitki - yonca əkir. Əkin strukturunda yemçilik şaxələndirilməli, digər yem bitkiləri də əkilməlidir”.

O bildirib ki, heyvandarlıq və quşçuluqda yem rasionu gücləndirilməlidir: “Qüvvəli yemləndirmə xüsusən kiçik təsərrüfatlarda aşağı səviyyədədir. Bu, son nəticədə məhsuldarlığa təsir edir. Ölkənin otlaq örüş sahələri sürətlə sıradan çıxır. Biz yavaş-yavaş heyvanların qapalı saxlanma rejiminə keçməliyik. Bütün dünya bu rejimə keçib. Bu, məhsuldarlığın artırılmasına təsir edir. Məsələn, Gürcüstanı buna nümunə göstərə bilərik və onlar artıq heyvanların yarım qapalı saxlanma rejiminə keçiblər. Bu sadaladığım problemlər də həllini tapsa, qırmızı və ağ ətin qiymətində dəyişikliyi hiss edə bilərik”.

Ekspert qeyd edib ki, mövsümi olaraq bizdə qırmızı və ağ ətin qiymətində dəyişikliklər olur: “Heyvandarlıqda formalaşan maya dəyərinin 70% sırf yem ilə bağlıdır. Əgər yem varsa, məhsul ucuz başa gəlir, yem yoxdursa, baha başa gəlir. Ona görə də qırmızı ətin kiloqramının 12-13 manata çatması, ağ ət bazarında qiymətin tez-tez, xüsusən bayram ərəfələrində dəyişməsi hökmən yemə bağlıdır”.

“Azərbaycanda yem istehsal edən zavodların yemlərində texnoloji baxımdan ciddi səhvlər var. Xüsusən bir kiloqram yemə düşən proteinin, zülalın dəyəri düzgün bölüşdürülmür. Fermer də baha qiymətə o yemi alır, amma heyvandan əldə etməli olduğu çəkini və südü ala bilmir. Həmin zavodlar istehsal etdikləri yemin tərkibinə yenidən baxmalıdırlar. Əgər yem ilə bağlı problemlər həllini tapmasa, qiymətlər ilə bağlı o qədər də ümidverici proqnoz verə bilmərik. Amma məsələlər həllini tapsa, qiymətlərin aşağı düşməsini hiss edə bilərik” – deyə o bildirib.

Продавцы в мясном отделе, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycanda ət bahalaşacaqmı?

İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a deyib ki, yem və yem əlavələri satışının ƏDV-dən azad edilməsi doğru addımdır: “Azərbaycanda əsasən də iri və xırdabuynuzlu heyvanların yem bazası xeyli zəifləmişdi. Son 3-4 ildə texniki bitkilərin əkininin sürətlə artmasının nəticəsiolaraq  örüş yerlərinin və yem bazasının azalmasının şahidi olurduq. Bu da qiymətlərə təsir edirdi və son zamanlar ətin qiymətinin qalxmasının əsas səbəblərindən birinə çevrilmişdi. Ona görə də yem və yem əlavələri satışının 4 il müddətinə ƏDV-dən azad edilməsi kifayət qədər ciddi məsələdir və qiymətin ucuzlaşmasına ən azı 10-15% civarında təsir göstərə bilər”.

Xəbər lenti
0