BAKI, 28 oktyabr — Sputnik. Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan bir neçə gün əvvəl Bakıda səsləndirdiyi fikirlərə görə türkiyəli həmkarı Mövlud Çavuşoğlunu sərt şəkildə tənqid edib. Bu barədə Sputnik Ermənistan xəbər verir.
Qeyd edək ki, Çavuşoğlu Bakıda səsləndirdiyi bəyanatda ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Azərbaycanı dəstəklədiyini bir daha dilə gətirib. O qeyd edib ki, Türkiyə Azərbaycan ərazilərinin azad olunması üçün mümkün olan hər şeyi edəcək. Türkiyə XİN rəhbəri eyni zamanda Kürdüstan Fəhlə Partiyasının (PKK) sıralarında erməni əsilli terrorçuların olmasını da qeyd edib.
"İlk dəfə deyil ki, biz bu cür yanaşmanı və ritorikanı görürük. Bu bizim təhlükəsizliyimiz üçün təhdiddir və bizim üçün ciddi problem yaradır", - deyə Ermənistan XİN rəhbəri qeyd edib.