BAKI, 28 oktyabr — Sputnik. 2019-cu ilin ilk 9 ayı ərzində xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı ötən ilin analoji dövrü ilə müqayisədə 17,9% artıb. Bu isə səfər edənlərin sayının 4201,5 min artdığını göstərir.
Bu barədə məlumat Sputnik Azərbaycan-a Dövlət Gömrük Xidməti tərəfindən verilib.
Məlumata görə, ölkə vətəndaşlarının 36,3%-i il ərzində İranı, 29%-i Gürcüstanı, 17,5%-i Rusiyanı, 11,8%-i Türkiyəni, 5,4%-i isə digər ölkələri ziyarət ediblər.
Bu müddət ərzində xaricə azərbaycanlı turistlər arasında ən çox kişilər (63,8%) səfər ediblər. Ölkə xaricinə çıxan qadınlar isə xaricə gedən ölkə vətəndaşlarının 36,2%-ni təşkil edib.
Hesabat dövründə İranı ziyarət edən Azərbaycan vətəndaşlarının sayı 39,1%, Gürcüstanı ziyarət edənlərin sayı 12,7%, Rusiyaya gedənlərin sayı 6,5%, Türkiyəyə gedənlərin sayı isə 4,7% təşkil edib.
Çağırılmayan qonağa süpürülməmiş yer və ya Turist kəndin dadını necə çıxarsın?>>
Azərbaycandan xaricə çıxan vətəndaşlar ən çox (82,1%) dəmiryolu və avtomobil nəqliyyatına üstünlük veriblər. Hava nəqliyyatıdan 17,2%, dəniz nəqliyyatından isə cəmi 0,7% səfər edən Azərbaycan vətəndaşı istifadə edib.