Azərbaycan İpoteka Zəmanət Fondundan verilən məlumata görə, bu ilin 9 ayında verilən ipoteka kreditləri üzrə orta illik faiz dərəcəsi 7,1 faizdir. Adi ipoteka kreditləri üzrə maksimal faiz dərəcəsinin isə səkkiz faiz olmasına baxmayaraq, son illərdə ipoteka kreditləşməsi sahəsində sağlam rəqabət nəticəsində müvəkkil banklar əhaliyə aşağı faiz dərəcələri ilə ipoteka kreditləri təklif edirlər.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, bu gün bütün dünyada ipoteka kreditlərdən istifadə etmək zərurət halına gəlib:
“Azərbaycanda da əhalinin ipoteka kreditinə marağı artır və ilk növbədə insanların mənzilə olan tələbatından irəli gəlir. Bu maliyyə çətinliyi çəkən insanların yaşayış şəraitinin yaxşılaşdırılması üçün ən düzgün addımlardan biridir. İpoteka kreditləri üçün faiz dərəcələrinin aşağı olması real əməkhaqqının dərəcəsindən asılıdır”.
Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz