CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda sürücünün avtomaşınla vurub qaçdığı piyadanın ayağı sınıb

© Sputnik / Irade JELILTəcili tibbi yardım
Təcili tibbi yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ona sol baldır və sol bazu sümüyünün sınığı diaqnozu qoyulub.

BAKI, 27 oktyabr - Sputnik. Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə metronun "Əhmədli" stansiyasının yaxınlığında baş verib.

Belə ki, 1986-cı il təvəllüdlü Rüstəmli Fərid Aydın oğlunu minik avtomobili vurub. Sürücü hadisə yerindən yayınıb.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ona sol baldır və sol bazu sümüyünün sınığı diaqnozu qoyulub.

Xəbər lenti
0