BAKI, 27 oktyabr — Sputnik. Azərbaycanlı müğənni Samirə Əfəndi məşhur qazaxıstanlı həmkarı Madi Sızdıkovla duet ifa edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə müğənni özünün "Instagram" sosial şəbəkəsində məlumat verib. Müğənni artıq duet kompozisiyasını yazdırıb və hazırda Qazaxıstanda çıxış üçün məşq edir. Əfəndi qazax həmkarı ilə yeni ortaq layihəsinin təfərrüatlarını açıqlamayıb.
Посмотреть эту публикацию в Instagram
Samirə Əfəndi uşaq yaşlarından oxuyur. Ona populyarlığı isə "Azərbaycanın səsi" musiqi layihəsi gətirib. Samirə tərkibinə məşhur caz musiqiçiləri olan Ruslan Hüseynov, Etibar Əsədli və Elvin Bəşirovun daxil olduğu "Baku Project" yaradıcılıq layihəsinin iştirakçısıdır. Onunla yanaşı, Əfəndi müxtəlif ölkələrdə konsert proqramları ilə çıxış edib. O, həmçinin Qazaxıstanda "Silk Way Star 2017" beynəlxalq musiqi layihəsinə də qatılıb.
Madi Sızdıkov Qazaxıstanın gənc nəsil ifaçıları arasında ən çox tələb olunan müğənnilərdən biridir. O, bütün konsertlərdə fəal iştirak edir və bu günlərdə "Voice of Nur-Sultan" beynəlxalq festivalına qatılıb.