CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zooloji parkda heyvanların payı kəsilib

Abunə olmaq
Azər Hüseynov deyib ki, əslində laborator müayinə zamanı mənşəyi naməlum olan ətin heyvanlara verilməsi məqbul hesab edildikdə həmin ətin zooparka verilməsində təhlükə yoxdur

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 oktyabr — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bakı Zooloji Parkındakı heyvanların yemini kəsib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Zooloji Parkının direktoru Azər Hüseynov məlumat verib.

O bildirib ki, əvvəllər zooloji parkdakı heyvanlara müsadirə olunan ətlər verilirdi: "İndi isə müsadirə olunan mənşəyi naməlum olan ətlər utilizasiya edildiyindən, heyvanlara əti pulla alırıq. Mənşəyi naməlum olan ətlər Zooloji Parka verildikdə biz ödəniş etmirdik. Artıq "Səhliyalı" müəssisəsi ilə heyvanlara ət almaq üçün müqavilə bağlamışıq. İndi heyvanlara verdiyimiz əti pulla alırıq".

Здание Национальной Академии Наук Азербайджана в Баку - Sputnik Azərbaycan
ELM
AMEA-dan "maygülü" açıqlaması gəldi

A.Hüseynov deyib ki, əslində laborator müayinə zamanı mənşəyi naməlum olan ətin heyvanlara verilməsi məqbul hesab edildikdə həmin ətin zooparka verilməsində təhlükə yoxdur: "Artıq mənim bildiym qədər, AQTA belə ətləri yandırdığından bizə vermir. Əvvəllər isə ətlər müsadirə olunandan sonra heyvanlar üçün təhlükəli olmadıqda laboratoriyada yoxlanılıb zooparka verilirdi. AQTA-nın fəaliyyətindən sonra biz pulsuz ət almırıq".

Sputnik Azərbaycan-a AQTA-dan bildiriblər ki, müsadirə olunan mənşəyi naməlum ətlər Sumqayıtda poliqonda utilizasiya olunur.

Xəbər lenti
0