CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Bakıxanov sərnişin qatarı bir günlük işləməyəcək

© Sputnik / Anar MustafayevПоезда Stadler на Бакинском железнодорожном вокзале, фото из архива
Поезда Stadler на Бакинском железнодорожном вокзале, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Böyük Şor-Bakıxanov mənzilində yerüstü piyada keçidinin dayaqlarının quraşdırılması ilə əlaqədar Bakı-Bakıxanov marşrutu üzrə işləyən elektrik qatarlarının hərəkəti bir günlük dayandırılacaq

BAKI, 26 oktyabr — Sputnik. Bakı-Bakıxanov marşrutu üzrə hərəkət edən elektrik qatarları bir günlük işləməyəcək. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, Böyük Şor-Bakıxanov mənzilində yerüstü piyada keçidinin dayaqlarının quraşdırılması ilə əlaqədar oktyabrın 27-də Bakı-Bakıxanov marşrutu üzrə işləyən elektrik qatarlarının hərəkəti bir günlük dayandırılacaq. Elektrik qatarı oktyabrın 28-dən ənənəvi qrafik üzrə sərnişinlərin istifadəsində olacaq.

Xəbər lenti
0