BAKI, 25 oktyabr — Sputnik. Şəmkir rayonunda döyülmə faktı qeydə alınıb.
Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, hadisə Alabaşlı kəndində qeydə alınıb. Şəmkir rayon sakini, 1996-cı il təvəllüdlü G.B. yaşadığı evdə döyülərək müxtəlif bədən xəsarətləri alıb. O, ağır halda xəstəxanaya aparılıb. Qadının dediyinə görə, onu bacısı və keçmiş əri döyüb.
Faktla bağlı araşdırma aparılır.