CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metropoliten gücləndirilmiş iş rejiminə keçdi

© Sputnik / Murad OrujovЭмблема Бакинского метрополитена на стене станции Мемар Аджеми-2
Эмблема Бакинского метрополитена на стене станции Мемар Аджеми-2 - Sputnik Azərbaycan
Abunə olmaq
Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşünün Bakıda keçirilməsi ilə bağlı paytaxt küçələrində tədbir saatlarında bəzi ərazilərdə yollarda hərəkətin məhdudlaşdırılması nəticəsində sıxlığın aradan qaldırılması üçün metro stansiyaları gücləndirilmiş iş rejiminə keçib

BAKI, 25 oktyabr — Sputnik. Bakıda keçirilən Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşü ilə bağlı əhalinin ictimai nəqliyyatdan sıx istifadəsini nəzərə alaraq Bakı Metropoliteni əlavə tədbirlər planını hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Вид на комплекс Flame Towers в Баку - Sputnik Azərbaycan
SİYASƏT
Bakıda Qoşulmama Hərəkatının zirvə görüşü keçirilir

Onun sözlərinə görə, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zaur Hüseynov əmr imzalayıb.

Əmrə əsasən, Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşünün Bakıda keçirilməsi ilə bağlı paytaxt küçələrində tədbir saatlarında bəzi ərazilərdə yollarda hərəkətin məhdudlaşdırılması nəticəsində sıxlığın aradan qaldırılması üçün metro stansiyaları gücləndirilmiş iş rejiminə keçib:

"Bunun üçün metro stansiyalarında sərnişin sıxlığının yaranmaması və sərnişinlərin təhlükəsiz olaraq mənzil başına çatdırılması üçün əlavə qatarlar hazır vəziyyətə gətirilib. Ehtiyac olacağı təqdirdə qatarlar arasında interval azaldılacaq və xəttə əlavə qatarlar buraxılacaq. Gücləndirilmiş rejim adıçəkilən tədbir başa çatana qədər qüvvədə olacaq".

Xatırladaq ki, bu gün və sabah paytaxtımızda Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşü keçiriləcək.

Xəbər lenti
0