SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev: “İkili standartlar siyasətinə son qoyulmalıdır”

© Official website of President of Azerbaijan RepublicВ Баку начал работу XVIII Саммит глав государств и правительств стран-членов Движения неприсоединения.
В Баку начал работу XVIII Саммит глав государств и правительств стран-членов Движения неприсоединения. - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət başçısı bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki bütün tarixi abidələr, məscidlər, məzarlıqlar Ermənistan tərəfindən dağıdılıb, muzeylər və maddi, mənəvi sərvətimiz talan edilib

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 25 oktyabr – Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşündə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxış edib. Sputnik Azərbaycan xəbər verir ki, Prezident Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və ətraf 7 rayonun - ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizinin Ermənistanın işğalı altında olduğunu vurğulayıb.

Президент Венесуэлы Николас Мадуро и Президент Азербайджана Ильхам Алиев  - Sputnik Azərbaycan
SİYASƏT
Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçdi

“Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb, nəticədə 1 milyondan artıq azərbaycanlı qaçqın və köçkün vəziyyətinə düşüb. O vaxt Azərbaycan əhalisi 8 milyon nəfər idi və qaçqın və məcburi köçkünlərin adambaşına düşən sayına görə ölkəmiz dünyada ilk yerləri tuturdu. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törədib. Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın və 63 uşaq yalnız azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirilib, mindən çox insan itkin düşüb. Xocalı soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınıb” – Prezident qeyd edib.

İlham Əliyev BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnaməni də xatırladıb. O bildirib ki, həmin qətnamələrdə Ermənistan qoşunlarının tam və qeyd-şərtsiz Azərbaycan ərazisindən çıxarılması tələb olunub: “Təəssüf ki, həmin qətnamələr həyata keçirilməyib. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günün içərisində icra edilir, bəzən isə Azərbaycanın üzləşdiyi münaqişəyə münasibətdə olduğu kimi, 26 ildir, kağız üzərində qalır. Bu ikili standartlar siyasətinə son qoyulmalıdır. İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, ATƏT və digər nüfuzlu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını tələb edən qətnamə və qərarlar qəbul edib. Fürsətdən istifadə edərək Qoşulmama Hərəkatının indiyə qədər qəbul olunmuş sənədlərində münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə etdiklərinə görə üzv dövlətlərə təşəkkürümü bildirirəm”.

В Баку начал работу XVIII Саммит глав государств и правительств стран-членов Движения неприсоединения. - Sputnik Azərbaycan
SİYASƏT
“BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac var” - İlham Əliyev

Dövlət başçısı bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki bütün tarixi abidələr, məscidlər, məzarlıqlar Ermənistan tərəfindən dağıdılıb, muzeylər və maddi, mənəvi sərvətimiz talan edilib: “Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycanın izini itirməyə çalışaraq, bütün toponimləri məqsədli şəkildə erməniləşdirir. Ermənistan, həmçinin, işğal olunmuş ərazilərdə beynəlxalq humanitar hüquqa zidd olaraq qeyri-qanuni məskunlaşdırma siyasəti aparır və qanunsuz iqtisadi fəaliyyətlə məşğul olur. 2016-cı ili aprel ayında Ermənistanın törətdiyi hərbi təxribat nəticəsində aralarında bir uşaq olmaqla, 6 azərbaycanlı mülki şəxs həlak olub, 26-sı yaralanıb, yüzlərlə ev dağıdılıb. Qarabağ əzəli Azərbaycan torpağıdır və münaqişə yalnız Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.

Xəbər lenti
0