Beynəlxalq Bakı Caz Festivalı davam edir.
Bu dəfə azərbaycanlı trio Elbəy Məmmədzadə, Ruslan Hüseynov və Elvin Bəşirov rusiyalı saksofonçu və bəstəkar Andrey Konstantinovla səhnəni bölüşüb. Musiqiçilər artıq ənənəyə çevrilmiş klassika ilə hər kəsin sevdiyi Azərbaycan cazı inciləri arasında möhtəşəm harmoniya yarada biliblər.
Qeyd edək ki, Andrey Konstantinov XIV Bakı Caz Festivalı çərçivəsində “I am Jazzman” müsabiqəsinin intstrumentalist nominasiyasında birinci yer tutub.
Sputnik Azərbaycan Bakı Caz Festivalının informasiya tərəfdaşıdır.