BAKI, 25 oktyabr — Sputnik. Çernobılda radiasiyanın səviyyəsi əvvəlki kimi yüksək olaraq qalır. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu qərarı Nil Ansell adlı britaniyalı verib.
O, Çernobıla gedib və öz səyahətini film kimi çəkib.
28 yaşlı britaniyalı attraksionlar parkını gəzib, 30 ildən çoxdur ki, tərk edilmiş rəsmi binalarda, sosial obyektlərdə olub.
Gənc həmin ərazidə çanta tapıb və Heyqer hesablayıcısı ilə onu yoxlamağa qərar verib. Ondan 2728 millizivert radiasiya şüası daxil olub. Bu isə kompüter tomoqrafiyası zamanı gələn şüadan 200 dəfə çoxdur.
Ansell çantanı açmayıb və onun içində nə olduğundan xəbəri olmayıb.
Xatırladaq ki, 1986-cı ilin aprel ayının 26-da, Çernobıl Ato Elektrik Stansiyasının 4-cü enerji blokunda partlayış baş verib. Qəza atom enerjisi tarixində ən böyük texnogen qəza kimi qeyd olunub.
Bu ilin iyul ayında Ukrayna Prezidenti Vladimir Zelenski ərazini turistlər üçün açıq elan edib.