Biz isə fürsətdən istifadə edib Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Məmmədli və Psixoloji Reabilitasiya Mərkəzinin rəhbəri İlham Osmanlı ilə autizmli uşaqların Azərbaycanda inklüziv təhsilə cəlb edilməsi, cəmiyyətimizin buna hazır olub-olmaması haqqında danışmağa qərar verdik.
Çiçək Məmmədlinin sözlərinə görə, hal-hazırda cəmiyyətimiz autizmli uşaqların digər uşaqlarla birgə təhsilinə hələ hazır deyil. Bu mövzuda çox böyük maarifləndirmə işinə ehtiyac duyulur.
İlham Osmanlı isə ölkədə autizm sindromundan əziyyət çəkən uşaqların rəsmi statistikası olmadığını qeyd edib. Onun sözlərinə görə, bu cür uşaqların hər biri individual yanaşmaya ehtiyac duyur və cəmiyyətimiz autizmli ailələri dəstəkləməyi öyrənməlidir.