BAKI, 25 oktyabr — Sputnik. "Azərsu" ASC-nin 955 Qaynar xətt xidmətinin proqram təminatının yenilənməsi ilə əlaqədar 26 oktyabr 2019-cu il tarixində gecə saatlarında mərkəzə daxil olan zənglər müvəqqəti məhdudlaşdırılacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
Qeyd edək ki, su təchizatında yaranan problemlər, magistral və məhəllədaxili xətlərdə baş verən qəzalar, kanalizasiya şəbəkələrində tutulmalarla bağlı şikayətlər "Azərsu" ASC-nin 24 saat işləyən 955 nömrəsinə edilən zənglərdən sonra araşdırılır. Qurumun rəsmi saytında da bildirilir ki, vətəndaşlar su problemi iə bağlı "Azərsu" ASC-nin "Qaynar xətt"inə məlumat versinlər. 955 nömrəsinə edilən hər bir müraciət dərhal nəzarətə götürülür və araşdırılır.