Vaşinqton Ankaranın Suriyanın şimal-şərqində başlatdığı hərbi əməliyyatla əlaqədar Türkiyəyə tətbiq edilən sanksiyaları ləğv edib. Bu barədə çərşənbə günü ABŞ prezidenti Donald Tramp elan edib.
Politoloq Ramiyə Məmmədova Sputnik Azərbaycan-a deyir ki, Türkiyə-ABŞ münasibətləri gərgin olsa da, onlar NATO çərçivəsində və Yaxın Şərqdə ən yaxın müttəfiqdirlər:
“Baxmayaraq ki, bu gün Türkiyə Suriyada Rusiya ilə birgə fəaliyyət göstərir, ancaq onun ABŞ-la münasibətləri başqa səpkidədir. Bu ölkələr həm də iqtisadi baxımdan ən böyük partnyordurlar. İndiki halda ABŞ-Türkiyə münasibətlərinin birdəfəlik sonlanacağını iddia etmək qətiyyən doğru deyil. ABŞ-Türkiyə münasibətləri hər zaman aktuallığını qoruyacaq”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz