BAKI, 25 oktyabr — Sputnik. Azərbaycanın Əməkdar artisti Sevda Ələkbərzadə sosial şəbəkədə maraq doğuran addım atıb. Sputnik Azərbaycan xəbər verir ki, müğənni arxiv fotolarını öz "Instagram" profilində paylaşıb.
O, yayımladığı fotolara "hə dostlar, 90-lara səyahət davam edir. Burda 15 yaşım var, 7-17 müsabiqəsindən" sözlərini yazıb. Sevda Ələkbərzadə həmçinin 19 yaşı olarkən ilk solo konsertindən olan fotonu da izləyiciləri ilə bölüşüb.
View this post on InstagramHe dostlar,90 lara sayahat davam edir:)burda isa 15 yashim var,7-17 musabigasinden:) #arxiv
Qeyd edək ki, sevilən müğənni "Aypara" qrupunda ifaçı kimi fəaliyyətə başlasa da, RAST qrupunda solist-ifaçı kimi daha çox tanınıb. Əməkdar artist caz, xalq musiqisi və muğam janrlarında ifa edir.