CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sevgilisi aldadan Pərvin Abıyeva: "Xəyanəti bağışlamıram"

Abunə olmaq
Aktrisa xəyanətdən sonra rəfiqəsi ilə ünsiyyətini kəsib və onu "qara siyahı"ya salıb, sevgilisi ilə isə ayrılıb

BAKI, 25 oktyabr — Sputnik. Aktrisa Pərvin Abıyeva təsadüfən sevgilisinin onun rəfiqəsi ilə gizli münasibətini aşkara çıxarıb. Aktrisa uzun müddət bu faktı hamıdan gizlətsə də, verilişlərin birində bu haqda danışmağa qərar verib. Onun bu açıqlaması böyük səs-küyə səbəb olub.

Актриса Парвин Абиева - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Pərvin Abıyeva Türkiyədə göz qamaşdırdı - FOTO

Sputnik Azərbaycan-a açıqlamasında P.Abıyeva bildirib ki, sevgidə və dostluqda oxu hər dəfə daşa dəyir. Aktrisa səbəbi özünün səmimi olması, zəif tərəflərini sevdiyi şəxs və dostları ilə bölüşməsində görür. Məhz bundan sonra hər şey ona qarşı çevrilir: "Mən tamamilə təsadüfən ən yaxın rəfiqəmin sevdiyim oğlanla görüşdüyünü öyrəndim. Onlar hətta birlikdə otelə də gediblər. O hələ də mənim məsələdən agah olduğumu bilmir. Bu hadisədən sonra rəfiqəmlə ünsiyyətimi kəsdim və onu "qara siyahı"ya saldım. Sevgilimlə isə ayrıldıq. Mən xəyanəti bağışlamıram.

Qeyd edək ki, Pərvin Abıyeva "Qarabağnamə", "İkinci bahar", "Həyat varsa", "Gecə qonağı" və s. film və seriallarda rol alıb.

Xəbər lenti
0