Artan terror hücumları bu ölkəni çox mürəkkəb vəziyyətə gətirib çıxarıb

© Official website of President of Azerbaijan RepublicPakistanın Prezidenti Arif Alvi və Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının dövlət və hökümət başçılarının 18-ci Zirvə Görüşündə
Pakistanın Prezidenti Arif Alvi və Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının dövlət və hökümət başçılarının 18-ci Zirvə Görüşündə - Sputnik Azərbaycan
Abunə olmaq
Alvi qeyd edib ki, Pakistan birmənalı olaraq işğalı pisləyir, beynəlxalq birliyin terrorçuluğa qarşı mübarizəsini dəstəkləyir.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 25 oktyabr - Sputnik. Qoşulmama Hərəkatının üzvlərinin sayına gəldikdə BMT üzv ölkələrinin 2/3-si əhalisinin sayına görə dünyanın yarısını təşkil edir. Dünyada baş verən parçalanmalar bizim qarşımızda yeni məqsədlər qoyur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Pakistanın Prezidenti Arif Alvi Qoşulmama Hərəkatının dövlət və hökümət başçılarının 18-ci Zirvə Görüşündə çıxışı zamanı bildirib.

Kuba Prezidenti Migel Diaz-Kanel Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının Bakıda keçirilən 18-ci  Zirvə Görüşündə - Sputnik Azərbaycan
“Birləşmiş Ştatlar ötən əsrin dəniz quldurlarına bənzəyir” – Kuba Prezidenti

Alvi qeyd edib ki, Pakistan birmənalı olaraq işğalı pisləyir, beynəlxalq birliyin terrorçuluğa qarşı mübarizəsini dəstəkləyir: “Hər gün artan terror hücumları bizi çox mürəkkəb vəziyyətə gətirib çıxarıb. Sabitlik sual altındadır. Biz burada gücdən istifadənin, qeyri-sabitliyin şahidi oluruq. Bərabərsizlik, yoxsulluq, iqlim dəyişikliyi bizim ən çox gördüyümüz problemlərdir. İrqçilik, islamafobiyanın şahidi oluruq. Qoşulmama Hərəkatına üzv ölkələrin bəziləri hər gün işğaldan əziyyət çəkir. Kəşmir xalqı on illiklər ərzində xarici işğal altındadır. Hazırda orada qeyri-qanuni hərəkətlər edilib və orada 7 milyondan əhali həflərdəki əziyyət çəkir. Həmin regionda yaşayan əhalinin öz müqdəaratını təyin etmə hüquq təmin olunmalıdır. BMT beynəxlaq hüquq mövqeyindən çıxış edərək bununla bağlı ölçülər götürməlidir. Pakistan olaraq biz regionda sülhün bərqərar olması üçün təkliflərlə çıxış etmişik və biz orada olan münaqiçşənin sülh yolu ilə həllini istəyirik. Pakistan terrorçulura qarşı mübarizəni ən vacub məsələ hesab edir”.

Qoşulmam Hərəkatından sədrlik Venesueladan Azərbaycana keçib. Azərbaycan prezidenti İlham Əliyev həmçinin, yekdilliklə Qoşulmam Hərəkatının hökumət və dövlət başçılarının 18-ci Zirvə Görüşünün sədri seçilib.

Malayziyanın Baş naziri Mahathir Bin Mohamad - Sputnik Azərbaycan
Malayziya Baş naziri Bakıda şikayətləndi – Daha əvvəlki kimi deyilik

Qeyd edək ki, Qoşulmama hərəkatı 1961-ci ildə, Soyuq müharibə dövründə gərginliyi azaltmaq məqsədilə yaradılıb. Bu hərəkat Qərb ittifaqı ilə Şərq blokundan əlavə üçüncü blok kimi meydana çıxıb. Qoşulmama Hərəkatına üzv olan ölkələr hərbi bloklara qoşulmur. 2012-ci ildə üzv dövlətlərin sayı 120-ə çatan bu blokda 17 ölkə də müşahidəçidir.

Təsis sammiti Belqradda baş tutan blokun əsas prinsipləri dövlətlərin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə hörmət, daxili işlərinə qarışmamaqdır.

Azərbaycan isə bu hərəkata 2011-ci ildə qoşulub və 2019-cu ildə hərəkatın XVIII Zirvə toplantısına ev sahibliyi edəcək. 2019-2022-ci illər ərzində Azərbaycan Respublikası Qoşulmama Hərəkatına sədrlik edəcək.

Xəbər lenti
0