Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Yaşımız və yaşamımız arasındakı fərq: Qanuna yenidən baxmaq zərurəti var

CC0 / Sabine van Erp / WomanÇəlikli qoca qadın əli
Çəlikli qoca qadın əli - Sputnik Azərbaycan
Abunə olmaq
"2027-ci ildən sonra Azərbaycanda qadın və kişilər üzrə yaş həddinə görə pensiyaya çıxma ilə bağlı gender fərqi olmayacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 25 oktyabr — Sputnik. "Əmək pensiyaları haqqında" qanuna görə, Azərbaycanda hər il pensiya yaşı 6 ay artırılır. Kişi və qadınların pensiya yaşı 65-ə çatdırılmalıdır. Kişilər artıq 2021-ci ildə 65 yaşında pensiyaya çıxacaqlar. Qadınlar üçün isə bu proses 2027-ci ildə başa çatacaq və onlar da 65 yaşında pensiyaya çıxacaqlar. Beləliklə, 2027-ci ildən sonra Azərbaycanda qadın və kişilər üzrə yaş həddinə görə pensiyaya çıxma ilə bağlı gender fərqi olmayacaq".

Bunu iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a pensiya yaşından danışarkən deyib.

Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Rusiyada işləyən azərbaycanlıların pensiya təminatına aydınlıq gətirildi

O bildirib ki, 2017-ci ildə Azərbaycanda kişilər üzrə pensiya yaşı 63, qadınlar üzrə isə 60 yaş olub: "2017-ci ildə "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər edilib. Belə ki, kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılaraq 65-ə çatdırılacaq. Dünyada təxminən 96 ölkədə qadınlar və kişilər eyni yaşda pensiyaya çıxırlar. Bu, son 30 ilin trendidir və bir çox ölkələr də bu istiqamətdə iş görürlər. Bənzər yanaşma artıq keçmiş Sovet ölkələrinə də keçib".

Onun sözlərinə görə, Azərbaycanda 65 yaş orta yaş həddi ilə müqayisədə yüksək göstəricidir: "Bəzi hallarda müqayisə aparırlar ki, Yaponiyada 67 yaşında, Almaniyada 69 yaşında pensiyaya çıxırlar və s. Pensiya yaşı ilə orta yaş arasında birbaşa əlaqə olmalıdır. Məsələn, Yaponiyada, Almaniyada, ABŞ-da və digər ölkələrdə insanlar pensiyaya çıxandan sonra orta hesabla 15-18 il, bəzi hallarda 21 il yaşaya bilirlər. Azərbaycanda orta yaş həddinin 75 yaş olaraq deyilməsinə baxmayaraq, bu, 71 ildir. Əslində 75 yaş bu gün doğulanlar üçün gözlənilən orta ömür müddətidir".

Pensiyaçılar sevindirilə bilər, daha hamı 65 il gözləməli olmayacaq>>

Ekspert deyib ki, Azərbaycanda hazırda pensiya yaşına çatanlar 1955-ci il və ondan sonrakı dövrdə doğulmuş insanlardır: "1997-ci ilədək doğulmuş insanların gözlənilən orta ömrü 70,2 ildir. Bu isə o deməkdir ki, şəxs 65 yaşında pensiyaya çıxacaq və 5 il sonra isə bu pensiya hüququndan məhrum olacaq, yəni vəfat edəcək. Bu, aşağı göstəricidir. Amma Azərbaycanda rəsmi olaraq gözlənilən orta pensiya müddəti 12 ildir. Azərbaycan üçün hazırda ən məqbul pensiya yaşı 61 yaşdır. Çünki 71 orta ömürdürsə, ən azından 10 il vətəndaş pensiya ala bilsin".

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, ölkəmizdə mərhələli olaraq kişilərin və qadınların pensiya yaşının bərabərləşdirilməsi nəzərdə tutulur: "Bu, Avropada gedən bir trenddir və bir çox ölkələrdə artıq tətbiq olunub. Avropada pensiya yaşının artırılması və yaxud da bərabərləşdirilməsi zərurətdən doğur, çünki əhali artımı aşağı səviyyədədir. Bu addım əhali artımı az olduğuna görə işçi qüvvəsinə olan tələbatın ödənilməsi üçün nəzərdə tutulur. Amma Azərbaycanda belə bir problem yoxdur, demoqrafik vəziyyət yaxşıdır. 65 yaş pensiya yaşı üçün yüksəkdir. Azərbaycanda təqaüd yaşının daha aşağı səviyyələrdə olması üçün imkanlar var və buna yenidən baxmaqda yarar var".

Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.

Azərbaycan Prezidenti İlham Əliyevin 21 dekabr 2018-ci il tarixində təsdiq etdiyi "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun 2019-cu ilin 1 yanvarından qüvvəyə minib. 

Qoca kişi əlləri, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Gözünüz aydın - Minimum pensiya artdı
Qanuna edilmiş və qüvvəyə minən dəyişikliyə əsasən, 2019-cu ilin əvvəlindən pensiyaların pensiya hüququ yaranan şəxsin heç bir müraciəti olmadan, sənəd təqdim etmədən və pensiya hüququ yaranan gün ərzində elektron qaydada təyin edilməsinə başlanılıb. Pensiya şəxsə təyin olunandan sonra ona bu, həmçinin pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə "sms", e-mail və ya rəsmi məktubla məlumat verilir.

Digər tərəfdən, pensiya qanunvericiliyində pensiya yaşına çatmamış dünyasını dəyişən şəxslərlə bağlı da ədalətli, obyektiv yanaşmalar əksini tapır. Belə ki, əmək pensiyasının hazırda üç növü vardır ki, onlardan biri də ailə başçısını itirməyə görə pensiya növüdür. Pensiya yaşına çatmamış dünyasını dəyişən şəxslərin sığorta stajı, ödəmiş olduqları sığorta vəsaitləri hesabına fərdi hesablarında toplanan pensiya kapitalı əsasında qanunvericilikdə nəzərdə tutulan qaydada ailələrinə pensiya təyinatı həyata keçirilir.

Xəbər lenti
0