BAKI, 24 oktyabr — Sputnik. Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 198-ci kilometrliyində, rayonun Atakişili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Ağdam rayon sakini Ramil Akif oğlu Rüstəmov idarə etdiyi "Mercedes" markalı sərnişin mikroavtobusu ilə Bakı istiqamətində hərəkətdə olan zaman eyni istiqamətdə hərəkət edən Bakı şəhər sakini, Dağlar Heydər oğlu Məcidovun idarə etdiyi "Chevrolet" markalı avtomobilə arxadan çarpılıb.
Nəticədə "Chevrolet"nin sürücüsü və avtomobildə olan sərnişin, Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Bəsti Məhəmməd qızı Məcidova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Fakt araşdırılır.