BAKI, 24 oktyabr — Sputnik. ABŞ-ın Cənubi Karolina ştatının sakini Omar Avan icarəyə götürdüyü "Tesla" avtomobili ilə qəzaya düşüb.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Washington Post yazır. Nəşrin məlumatına görə, 48 yaşlı kişi avtomobilin idarəetməsini itirərək onu palma ağacına çırpıb. Nəticədə maşının litium-ion akkumulyatoru alışıb, tüstü salonu bürüyüb.
Tesla driver burned alive in wreck after ‘futuristic handles’ trapped him https://t.co/N26QoR9M2C
— The Irish Sun (@IrishSunOnline) October 24, 2019
Ətrafda insanlar toplaşsalar da, S modelinin konstruksiya xüsusiyyətləri səbəbindən sürücünü salondan çıxara bilməyiblər. Avtomobilin qapısı elektronikanın köməyilə açıldığından xilasetmə əməliyyatı baş tutmayıb.
Həlak olan sürücünün ailə üzvləri avtomobilin konstruksiya defektləri səbəbindən yaxınlarını itirdiklərini bildiriblər.