Çox işləyən bu dərdi tapır

© Sputnik / Anar MustafayevРабочее место в офисе, фото из архива
Рабочее место в офисе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu xəbəri oxuyan kişilər, çətin ki, bundan sonra işdə ləngisinlər. Çünki əvvəllər keçəlliyi hava çirkliliyi ilə əlaqələndirirdilərsə, həqiqət tam başqa imiş

BAKI, 24 oktyabr — Sputnik. Çox işləmək keçəlliyə səbəb olur.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu qənaətə Cənubi Koreyadan olan alimlər gəliblər.

Youtube proqramı, arxiv şəkli - Sputnik Azərbaycan
"YouTube"da yeni rekord: Şərh milyondan çox "like" yığdı

Onların fikrincə, həftədə 52 saatdan çox işləyən kişilər iki dəfə tez keçəlləşirlər. Baxmayaraq ki, standart həftəlik iş saatı 40 saata qədərdir, bəzi işçilər ofisdə daha çox zaman keçirirlər. Koreyalı tibb işçiləri 20-59 yaşlı 13 min ölkə vətəndaşı üzərində araşdırma aparıblar. Araşdırmanın nəticələri göstərib ki, stress başın dərisinin hormonal dəyişməsinə səbəb olur. Bu da saç follikullarının zəifləməsinə səbəb olur. Nəticədə stressə görə immun sistem saç dibinə hücum edir.

Elm adamları keçəlliyin digər səbəbləri kimi siqaretçəkmə, qazanc və hərbi vəziyyəti də araşdırıblar. Ancaq müəyyən edilib ki, çox işləmək digər amillərdən daha çox təsir göstərir.

Buna görə də alimlər işəgötürənlərə məsləhət görürlər ki, 20-30 yaşlı kişiləri işə götürərkən onlara çox iş saatı verməsinlər.

Daha əvvəl isə alimlər müəyyən etmişdilər ki, keçəllik hava çirkliliyi ilə əlaqəli ola bilər.

Xəbər lenti
0