BAKI, 24 oktyabr — Sputnik. Mingəçevir şəhərində valideynlərin ehtiyatsızlığı üzündən qaynar su ilə dolu qazan 2018-ci il təvəllüdlü şəhər sakini Bəkirzadə Mədinə Pərviz qızının üzərinə aşıb.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə Günəşli yaşayış massivində baş verib. Körpə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Onun vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.