BAKI, 23 oktyabr - Sputnik. Ramiz Mehdiyev Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alıram. Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilsin.
Xatırladaq ki, bundan əvvəl Baş Nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbov vəzifələrindən azad ediliblər. Şahin Mustafayev İqtisadiyyat naziri vəzifəsindən çıxarılaraq, Baş Nazirin müavini təyin edilib.
Mikayıl Cabbarov isə Vergilər naziri postundan azad edilərək, İqtisadiyyat naziri vəzifəsinə təyin edilib.