BAKI, 23 oktyabr — Sputnik. Prezident İlham Əliyev Mikayıl Cabbarovun Azərbaycan Respublikasının Vergilər naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən bildirir ki, Azərbaycan Prezidenti digər Sərəncamla M.Cabbarovu Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edib.