Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Elektron ticarətin inkişafı üçün hansı zəruri addımlar atılmalıdır – professor danışır

Abunə olmaq
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov deyir ki, elektron ticarət ümumi ticarət əməliyyatlarının çox böyük hissəsini təşkil edir
Elşad Məmmədov: “Dövlətin atacağı stimullaşdırıcı addımlar məqsədə müvafiqdir”

“Ölkəmizdə elektron ticarətin inkişaf dinamikası yüksək olsa da, internet istifadəçilərimiz əsasən tanınmış xarici elektron ticarət platformalarından sifarişlər edirlər. Məqsədimiz daha çox daxili bazarda elektron ticarətin payını artırmaq, eyni zamanda milli məhsullarımızın xarici bazarlara çıxarılmasında elektron ticarəti təşviq etməkdir”. Bunu Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 2-ci Bakı Elektron Ticarət Forumunda çıxışı zamanı deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda elektron ticarətin uyğun formada inkişafına ciddi ehtiyac var: “Hazırda elektron ticarət ümumi ticarət əməliyyatlarının çox böyük hissəsini təşkil edir. Bu sahədə ləngimə ölkə iqtisadiyyatına böyük zərər verə bilər. Bu baxımdan müvafiq platformaların yaradılmasına və genişləndirilməsinə ehtiyac var. Bunun yaradılması üçün investisiyalar lazımdır. Dövlətin pul-kredit siyasəti və vergi sistemində atacağı stimullaşdırıcı addımlar məqsədə müvafiqdir”.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0