ELM

Azərbaycanda çalışan müəllim və professorların sayı açıqlandı

© Photo : TRENDДиагностическое оценивание учителей, фото из архива
Диагностическое оценивание учителей, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycanda 163779 nəfər ali təhsil alır. Bu o deməkdir ki, Azərbaycanın təxminən 1.64 faizi tələbədir. Azərbaycanda 6100 əcnəbi tələbə təhsil alır. Azərbaycanın ali məktəblərində 14800 professor və müəllim çalışır"

BAKI, 23 oktyabr — Sputnik. “Azərbaycanda 50 ali təhsil müəssisəsi (əlavə olaraq 3 universitetin 8 filialı) var, onlardan 32-si dövlət, 11-i özəl, 7-si xüsusi təyinatlı ali təhsil müəssisəsidir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
ELM
İlham Əliyev ali məktəb barədə sərəncam imzaladı

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib. O, qeyd edib ki, bütün təhsil müəssisələrinin 42-si, yəni 90 faizi Bakı şəhərində yerləşir.

Onun sözlərinə görə, bu il Azərbaycanın ali təhsil müəssisələrinə 43480 nəfər qəbul olub: "Azərbaycanda 163779 nəfər ali təhsil alır. Bu o deməkdir ki, Azərbaycanın təxminən 1.64 faizi tələbədir. Azərbaycanda 6100 əcnəbi tələbə təhsil alır. Azərbaycanın ali məktəblərində 14800 professor və müəllim çalışır".

K. Əsədov həmçinin bildirib ki, Azərbaycanda 113 peşə məktəbi fəaliyyət göstər və onların hamısı dövlət peşə müəssisəsidir. Ölkəmizdə peşə təhsilində 23840 tələbə təhsil alır: "Azərbaycanda 2626 nəfər doktorant var və onların 54,8 faizi qadın, 45,8 faizi kişilərdir".

Xəbər lenti
0