BAKI, 22 oktyabr — Sputnik. Kaliforniya ştatının cənub rayonları Santa Monika və Malibu meşələri yenə yanır. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, dağlıq ərazilərdəki yanğınla mübarizə aparmaq çətindir. Yamaclar alov içərisindədir. Yaşayış binalarını qorumaq üçün davamlı olaraq vertolyotlardan su alınır. İnsanlar bir çox yerlərdən təxliyə ediləcək.
Güclü yanğınlar burada keçən il də baş vermişdi. Həmin yanğınlar zamanı 80 nəfər ölmüş, mindən çox insan itkin düşmüşdü.
Mütəxəssislərin fikrincə, bu, Kaliforniya üçün yeganə problem deyil. Belə ki, ştatın cənubunda 500 il yuxuya getmiş tektonik qırılma hərəkətə gəlib. Bu isə 8 bal gücündə zəlzələlərə səbəb ola bilər.