CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağlayaq, yoxsa gülək: Dəmir yolu və körpülərə giriş-çıxış bağlansın?

© pixabay / Fotoworkshop4YouЖелезнодорожные рельсы, фото из архива
Железнодорожные рельсы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
“Əhalinin az olduğu yerlərdə bunu tətbiq etməyə ehtiyac yoxdur, bütün yolu hasarlamaq da absurddur və mümkün deyil”

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. “Dünyada intiharların təxminən 80 faizi aşağı və orta gəlirli ölkələrdə baş verir. İnsanlar həyatlarına son qoymaq üçün ən müxtəlif yollar seçirlər. İntiharların qarşısının alınması üçün körpülər və dəmir yollarına çıxış məhdudlaşdırılmalıdır”.

Bərdə rayonu Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda ağır xəstə kişi həyatına son qoydu – Dəhşətli intihar

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə rəhbəri Hande Harmancı deyib.

Təəssüflə qeyd etmək lazımdır ki, intihar halları Azərbaycandan da yan keçmir. Bəs, dəmir yolları və körpülərə çıxışın məhdudlaşdırılması intihar hallarının qarşısını alacaqmı? Ümumiyyətlə, belə bir məhdudiyyət mümkündürmü?

Sputnik Azərbaycan bu məsələni araşdırmağa çalışıb.

Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, dünyanın bir çox ölkələrində dəmir yolları dəmir məhəccərlə hasarlanıb. Yəni vətəndaşların bu yollara girişi qadağandır: "Amma bunu əhalinin sıxlıq təşkil etdiyi yerlərdə tətbiq etmək olar. Əhalinin az olduğu yerlərdə bunu tətbiq etməyə ehtiyac yoxdur, bütün yolu hasarlamaq da absurddur və mümkün deyil".

E.Muradlı qeyd edib ki, hamısını olmasa da, bəzi körpülərə dəmir torlar çəkmək mümkündür.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, Hande Harmancının bəyanatı gülməlidir. Belə ki, edilən təklif intiharların qarşısının alınmasında heç bir rol oynaya bilməz: "Həyatına son qoymaq istəyən bunu hər yerdə edə bilər. Tıxacda körpünün üstündə sərnişinin halı pisləşib, həkim gəlməlidir, piyada körpüyə qalxmalıdır. Körpüyə piyada üçün çıxış bağlı olsa, bu necə olacaq? Körpülərə giriş-çıxış açıq olmalıdır. Bu dünyanın hər yerində belədir. Körpülərə çıxış bağlansa, qəza, fövqəladə hadisə, yanğın və s. zamanı körpüyə necə qalxıb-düşmək olacaq? Gərək o zaman körpülərin giriş-çıxışına nəzarətçi də qoyulsun".

A.Nəcəfli bildirib ki, ümumiyyətlə səslənən fikir düzgün fikir deyil. İntiharların qarşısını almaq üçün başqa təkliflər verilməlidir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova məsələ ilə bağlı bildirib ki, dəmir yolu nəqliyyatı ölkə nəqliyyat sisteminin əsas qollarından olan strateji sahələrdən biridir: "İntihar hadisələri isə arzuolunmaz haldır. Açıqlanmış rəsmi rəqəmlərə əsasən ölkəmizdə intihar halları digər ölkələrlə müqayisədə azdır. 

Ağlayan qadın, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Xilasedicilər intihar etmək istəyən qadını xilas etdi - FOTO
Onu da qeyd etməliyəm ki, ölkəmizdə intiharların qarşısını almaq üçün insanlar arasında maarifləndirmə işləri son illərdə daha da geniş şəkildə aparılır. Təbii ki, bu cür halların ümumiyyətlə baş verməməsini istərdik.

Dəmir yollarının mühafizəsi bu qurumun tərkibində fəaliyyət göstərən təşkilat tərəfindən yetərincə yaxşı təşkil olunur. Onu da qeyd edək ki, Azərbaycan dəmir yolunda hərəkətin sıx olduğu baş yolların açılmış uzunluğu 2898,9 kilometr təşkil edir. Bu yollar da, əsasən, bütün ölkə boyu əhalinin sıx məskunlaşdığı ərazilərdən keçir. Diqqətinizə çatdırmaq istərdim ki, stansiyalararası mənzillərin ətraflarında əhali sıx məskunlaşıb. Xüsusi təhlükəli zonalarda dəmiryolçular tərəfindən çəpərləmə işləri həyata keçirilir. Bütün dəmir yolu boyu mühafizə şəbəkəsi yaratmaq məsələsi isə gündəmdə deyil".

Xəbər lenti
0