BAKI, 22 oktyabr — Sputnik. Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.
Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.
Məlumata əsasən görüş zamanı Türkiyə - Rusiya ikitərəfli münasibətləri, həmçinin regional və beynəlxalq məsələləri müzakirə edəcək.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün çıxışında qeyd edib ki, Rəsmi Ankara kürd silahlıları ilə danışıqlar aparmaq niyyətində deyil. "Biz terrorçuları terrorçu adlandırmağa davam edəcəyik. Biz heç vaxt terror təşkilatı ilə danışıqlar masasına oturmayacağıq", - deyə Ərdoğan bildirib.
Türkiyə lideri "Sülh bulağı" əməliyyatını tənqid edən Qərb ölkələrini terrorçularla həmrəy olmaqda ittiham edib.
Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə keçiriləcək görüşdə də gündəmdə əsas məsələnin Suriya olacağını bildirib: "Sabah Soçiyə səfərimiz var. Rusiya Prezidenti Vladimir Putinlə görüşümüz var. Onunla bu prosesi müzakirə etdikdən sonra növbəti addımı atacağıq".