BAKI, 22 oktyabr — Sputnik. Bakıda bıçaqlanma hadisəsi baş verib.
Spuitnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Rayon sakini Şəfiyev Bəylər Xanlar oğlu boğaz nahiyəsinin kəsilmiş xəsarəti ilə Kliniki Tibbi Mərkəzə daxil olub. O, ilkin olaraq yıxılaraq xəsarət aldığını bildirib.
Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində B. Şəfiyevin yalan dediyi məlum olub. Müəyyən edilib ki, B.Şəfiyevi İsmayıl adlı tanışı bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.