Математика - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Doqquz ayda Azərbaycanda nə qədər boşanma olub

Abunə olmaq
Azərbaycan Respublikasında nikahların və boşanmaların statistikası ilə bağlı ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin son doqquz ayı ərzində Azərbaycanda boşanmaların sayı artıb. Bu məlumatlar göstərir ki, ölkəmizdə nikah institutu ağır vəziyyətdədir. Rəqəmlər Azərbaycan ailələrindəki neqativ tendensiyaları və onların kövrək olduğunu göstərir.

2019-cu ilin 9 ayı ərzində boşananların sayı 12 814 nəfər olub, 2018-ci ilin 9 ayında isə bu rəqəm 11 191 nəfər idi. Cari ilin 7 ayı ərzində 25-29 yaşlı boşanmış kişilərin sayı 2025 nəfər, 50-54 yaşlı boşanmış kişilərin sayı isə 872 nəfər olub.

2019-cu ilin 9 ayı ərzində 46745 nəfər evlənib. Rayon (şəhər) VVAQ şöbələrində yaşı 50-dən çox olan şəxslərin 2453 nikahı qeydə alınıb, onlardan 814 nəfərin yaşı 60-dan, 197 nəfərin yaşı 70-dən, 54 nəfərin yaşı isə 80-dən çoxdur.

Azərbaycan Respublikasında nikahların və boşanmaların statistikası ilə bağlı ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.

Xəbər lenti
0