BAKI, 22 oktyabr – Sputnik. “Televiziyadakı bəzi verilişlərdə zorakılıq təbliğ olunur. Azərbaycanda türkçülük, qafqazçılıq, avropaçılıq var. Bu məsələnin üzərində alimlərimiz işləməlidirlər. Bir rayonda 3 dəfə bir seriala baxırlar, başlayırlar dəyişməyə, serialdakı kimi danışmağa”.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Siyavuş Novruzov deyib.
“Televiziyalarda bədii şuralar yaradıldı. Bir çoxlarının beynində Sovet dövründəki bədii şura keçirdi ki, kimisə efirə çıxmağa icazə verməyəcəklər. Düşünmədilər ki, artıq sosial şəbəkələr var, burada verməyəcəksən, sosial şəbəkədə verəcəklər. Əsas maarifləndirmə olmalı, maarifləndinmə işləri aparılmalıdır”, – deyə deputat bildirib.
Qeyd edək ki, bu gün Milli Məclisin plenar iclasında "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsi müzakirə edilib və təsdiqlənib.