BAKI, 22 oktyabr – Sputnik. Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil etmək üçün yeni üzv müəyyən edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunub.
Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını MSK-da təmsil etmək üçün Rövzət Qasımovun namizədliyi irəli sürülüb.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib və R.Qasımov Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilib.