CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir ailə qəzaya düşdü: ən kiçiyi bu il doğulub

© pixabay / NettoFigueiredoQəza, arxiv şəkli
Qəza, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bəciravan kəndində minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində bir ailənin üzvləri xəsarət alıblar

BAKI, 21 oktyabr — Sputnik. Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Sputnik Azərbaycan-ın xəbərinə görə, hadisə Yevlax-Bəhrəmtəpə yolunun rayonun Bəciravan kəndi ərazisində qeydə alınıb.

Mikroavtobus qəzası - Sputnik Azərbaycan
HADİSƏ
Minik avtomobili mikroavtobusla toqquşub, yaralılar var

Minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində bir ailənin üzvləri xəsarət alıblar. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Füzuli rayon sakini, 1982-ci il təvəllüdlü Qorxmaz Kamal oğlu Ağayev və sərnişinləri, Füzuli rayon sakinləri - 1991-ci il təvəllüdlü Aygün Mahir qızı Ağayeva, 2014-cü il təvəllüdlü Gülay Qorxmaz qızı Ağayeva, 2015-ci il təvəllüdlü Kamal Qorxmaz oğlu Ağayev və 2019-cu il təvəllüdlü Ayxan Qorxmaz oğlu Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0