CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəlilabadda oğrularla narkomanlar ələ keçdilər

© Sputnik / Anar MustafayevƏli qandallanmış adam, arxiv şəkli
Əli qandallanmış adam, arxiv şəkli - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
НовостиTelegram
Sürücünün "Toyota" markalı nəqliyyat vasitəsini heç bir müvafiq sənədləri olmadan və narkotik vasitələrin təsiri altında idarə etdiyi məlum olub

BAKI, 21 oktyabr — Sputnik. Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən evlərdən birindən oğurluq edilib.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bu barədə rayon polis şöbəsinə məlumat verən həmin kənd sakini Əflatun Zeynalov bildirib ki, hazırda Rusiya Federasiyasında yaşayan qardaşı Vaqif Zeynalovun evindən 1700 manat dəyərində bir ədəd noutbuk, qiyməti 1000 manat olan spirtli içkilər, həmçinin bir ədəd antena oğurlanıb.

© AR Ministry of Internal AffairsOrxan Verdiyev və Tərlan İmanov
Cəlilabadda oğrularla narkomanlar ələ keçdilər - Sputnik Azərbaycan
Orxan Verdiyev və Tərlan İmanov

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən həmin kənd sakinləri Elvin Mehtizadə və Asif Ağayev saxlanılıblar. Onlardan mənzildən oğurladıqları noutbuk aşkar edilərək maddi sübut kimi götürülüb.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat nəticəsində avtomobili sərxoş və narkotik vasitələrin təsiri altında idarə edən sürücü saxlanılıb. Belə ki, əməliyyat nəticəsində Qaradağ rayon sakini Orxan Verdiyev polislər tərəfindən Cəlilabad rayonu ərazisində saxlanılıb. Araşdırma zamanı onun, "Toyota" markalı nəqliyyat vasitəsini heç bir müvafiq sənədləri olmadan və narkotik vasitələrin təsiri altında idarə etdiyi məlum olub.

© AR Ministry of Internal Affairs "Toyota" markalı nəqliyyat vasitəsi
Cəlilabadda oğrularla narkomanlar ələ keçdilər - Sputnik Azərbaycan
"Toyota" markalı nəqliyyat vasitəsi

Qeyd edək ki, sürücünün yanında əyləşən sərnişini, paytaxt sakini Tərlan İmanovun üzərində şəxsi axtarış aparılan zaman ondan da bir kibrit qutusunda qablaşdırılan ümumi çəkisi 6,069 qram olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti
0