Kürdlərdən Suriyadan çıxan ABŞ hərbçilərinə "sürpriz" – VİDEO

© AFP 2023 / DELIL SOULEIMANВоенная техника США в Сирии, фото из архива
Военная техника США в Сирии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sərhədi keçən ABŞ avtomobillərini təyyarələr də qoruyub. ABŞ hərbçilərinin İraqın Ənbar vilayətində yerləşdiriləcəyi bildirilir

BAKI, 21 oktyabr — Sputnik. Suriyanın Qamışlı şəhərinin sakinləri bu ölkəni tərk edən amerikalı hərbçilərin avtomobillərini daş və pomidor atəşinə tutublar. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumat internetdə yayılıb.

Məlumata əsasən, yerli sakinlər ABŞ prezidenti Donald Trampın bu ölkənin hərbçilərinin Suriyanın şimalından çıxarılmasına dair qərarına belə reaksiya veriblər.

Xatırladaq ki, ABŞ Suriyadan çıxardığı hərbçilərini İraqa yerləşdirir. ABŞ hərbçilərinin olduğu yüzdən artıq avtomobil Suriya-İraq sərhədində yerləşən Sahela sərhəd-keçid məntəqəsini keçib. Sərhədi keçən ABŞ avtomobillərini təyyarələr də qoruyub. ABŞ hərbçilərinin İraqın Ənbar vilayətində yerləşdiriləcəyi bildirilir.

Qeyd edək ki, Birləşmiş Ştatların Müdafiə naziri Mark Esper ötən gün bildirmişdi ki, Prezident Donald Trampın qərarı ilə Suriyadan çıxarılan 1000-ə yaxın hərbçi İraqın qərbində yerləşdiriləcək.

Xəbər lenti
0