İran kosmosa adam göndərmək üçün çarə tapdı

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidRaket buraxılışı, arxiv şəkli
Raket buraxılışı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Cavad Azari Cahromi: "İran öz kosmonavtını kosmosa göndərmək niyyətindədir, lakin Tehrana başqa ölkənin köməyi lazımdır"

BAKI, 21 oktyabr — Sputnik. İran öz kosmonavtını Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərmək barədə Rusiya ilə danışıqlara başlamaq niyyətindədir.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bunu İran Kosmik Agentliyinin rəhbəri Morteza Barari bildirib.

"Tədqiqatçı-kosmonavt göndərmək üçün Rusiya ilə danışıqlara başlamaq zəruridir. BKS-də müxtəlif ölkələrdən çoxlu tədqiqatçılar var. Biz də digər ölkələrlə, misal üçün, Rusiya ilə kosmik stansiyaya kosmonavt göndərməyin mümkünlüyü ilə əlaqədar olaraq əməkdaşlıq edəcəyik", - deyə Barari Mehr agentliyinə bildirib.

İranın İnformasiya və Rabitə Texnologiyaları naziri Cavad Azari Cahromi isə bəyan edib ki, İran öz kosmonavtını kosmosa göndərmək niyyətindədir, lakin Tehrana başqa ölkənin köməyi lazımdır.

Корабль Союз МС-12 пристыкованный к МКС - Sputnik Azərbaycan
Kosmosda bir tarix gerçəkləşir - canlı yayımda görmək mümkündür

"Roskosmos"un rəhbəri Dmitri Roqozin isə jurnalistlərə deyib ki, daha əvvəl Rusiya və Birləşmiş Ərəb Əmirlikləri ikinci əmirlik kosmonavtının 2022-ci ildə Beynəlxalq Kosmik Stansiyaya uzunmüddətli uçuşu ilə bağlı danışıqlara başlayıb və bu barədə müqavilə gələn ilin ilk aylarında imzalana bilər.

Xatırladaq ki, BƏƏ vətəndaşı Hazaa əl-Mansuri oktyabrın 3-də rusiyalı Aleksey Ovçinin və amerikalı Nik Heyq ilə birlikdə BKS-dən Rusiyaya məxsus "Soyuz MS -12" kosmik gəmisinə qayıdıb. O, kosmosa uçan ilk əmirlik vətəndaşı və BKS-i ziyarət edən ilk ərəb kosmonavtı olub. Əl-Mansuri çəkisizlik şəraitində fiziki vəziyyətinin necə olduğunu izləmək başda olmaqla 16 elmi eksperiment aparıb. Hazaa əl-Mansuri çəkisizlik şəraitindəki fiziki vəziyyətini uçuşdan sonra bədəninin müxtəlif sistemlərinin göstəriciləri ilə müqayisə etmək, kosmosun ərəb dünyasının nümayəndəsinin orqanizminə necə təsir göstərdiyini müəyyənləşdirmək niyyətində olub.

Xəbər lenti
0