BAKI, 21 oktyabr — Sputnik. Baş nazirin iki müavini vəzifəsindən azad edilib.
Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən bildirir ki, bununla əlaqədar Prezident İlham Əliyev iki sərəncam imzalayıb.
Sərəncamlara görə, Əli Şamil oğlu Həsənov və Hacıbala İbrahim oğlu Abutalıbov Azərbaycan Respublikası Baş nazirinin müavinləri vəzifəsindən azad edilirlər. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.