Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 21 oktyabr — Sputnik. İran Prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcəklər. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi mətbuat konfransında deyib.
A.Musəvinin sözlərinə görə, İran Prezidenti və Xarici İşlər naziri dost ölkədə rəsmilərlə görüşəcək və Qoşulmama Hərəkatının iclasında iştirak edəcəklər.
Qeyd edək ki, Bakıda 25-26 oktyabrda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək.