CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu şəxs adını ölkənin oğrular siyahısına yazdıra bildi

© AR Ministry of Internal AffairsOğurlanan “VAZ-21011” markalı avtomobili
Oğurlanan  “VAZ-21011” markalı avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Quba RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxsin başqa analoji cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.

BAKI, 21 oktyabr — Sputnik. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional qrupundan verilən məlumata görə, oktyabrın 16-da Quba rayonu Püstəqasım kənd sakini Niyazi Abdullayev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus “VAZ-21011” markalı avtomobilinin axşam saatlarında qaçırıldığı barədə məlumat verib.

© AR Ministry of Internal AffairsOğurlanan “VAZ-21011” markalı avtomobili
Oğurlanan  “VAZ-21011” markalı avtomobili - Sputnik Azərbaycan
1/4
Oğurlanan “VAZ-21011” markalı avtomobili
© AR Ministry of Internal AffairsOğurlanan “VAZ-21011” markalı avtomobili
Oğurlanan  “VAZ-21011” markalı avtomobili - Sputnik Azərbaycan
2/4
Oğurlanan “VAZ-21011” markalı avtomobili
© AR Ministry of Internal Affairs E.Nöhbalayev Qazax rayonu ərazisində dövlət sərhədini keçmək istəyən zaman saxlanılaraq Quba RPŞ-nə gətirilib.
 E.Nöhbalayev Qazax rayonu ərazisində dövlət sərhədini keçmək istəyən zaman saxlanılaraq Quba RPŞ-nə gətirilib. - Sputnik Azərbaycan
3/4
E.Nöhbalayev Qazax rayonu ərazisində dövlət sərhədini keçmək istəyən zaman saxlanılaraq Quba RPŞ-nə gətirilib.
© AR Ministry of Internal Affairs38 yaşlı Elnur Nöhbalayev
38 yaşlı Elnur Nöhbalayev - Sputnik Azərbaycan
4/4
38 yaşlı Elnur Nöhbalayev
1/4
Oğurlanan “VAZ-21011” markalı avtomobili
2/4
Oğurlanan “VAZ-21011” markalı avtomobili
3/4
E.Nöhbalayev Qazax rayonu ərazisində dövlət sərhədini keçmək istəyən zaman saxlanılaraq Quba RPŞ-nə gətirilib.
4/4
38 yaşlı Elnur Nöhbalayev

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, müraciətlə əlaqədar dərhal RPŞ-də araşdırmalara başlanılıb və nəqliyyat vasitəsi Sumqayıt şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 20 ilə yaxın müddətə həbs olunmuş 38 yaşlı Elnur Nöhbalayev tərəfindən qanunsuz olaraq ələ keçirildiyi müəyyən edilib. Həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində E.Nöhbalayev Qazax rayonu ərazisində dövlət sərhədini keçmək istəyən zaman saxlanılaraq Quba RPŞ-nə gətirilib.

Dindirilmə zamanı cinayətkar şəxs törətdiyi əməlini etiraf edərək, ələ keçirdiyi nəqliyyat vasitəsini Siyəzən rayonu ərazisində gizlətdiyini bildirib. Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və nəqliyyat vasitəsi tapılaraq sahibinə təhvil verilib.

Faktla bağlı Quba RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxsin başqa analoji cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.

Xəbər lenti
0