CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gələn il Azərbaycanda orta aylıq əməkhaqqı nə qədər artacaq?

© © Sputnik / Elvin AhmadКошелек, фото из архива
Кошелек, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
2020-ci ildə inflyasiya səviyyəsinin 4,6 faiz olacağı proqnozlaşdırılsa da, sonrakı üç ildə artım sürətinin aşağı düşməsi və ümumilikdə təkrəqəmli inflyasiya səviyyəsinin qorunması gözlənilir

BAKI, 21 oktyabr — Sputnik. 2020-ci ildə Azərbaycanda inflyasiya səviyyəsinin 4,6 faiz olacağı proqnozlaşdırılır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Azərbaycanın 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrində öz əksini tapıb.

Sənədə əsasən, 2020-ci ildə inflyasiya səviyyəsinin 4,6 faiz olacağı proqnozlaşdırılsa da, sonrakı üç ildə artım sürətinin aşağı düşməsi və ümumilikdə təkrəqəmli inflyasiya səviyyəsinin qorunması gözlənilir.

İnflyasiya səviyyəsinin tənzimlənməsi və məzənnə sabitliyinin qorunub saxlanılması ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərinə müsbət təsir göstərəcək.

Proqnozlara əsasən, növbəti il və sonrakı üç ildə əhalinin gəlirlərinin real ifadədə orta hesabla 8,3 faiz artaraq 2023-cü ildə 80,3 milyard manata, xərclərinin isə 7,9 faiz artaraq 69,4 milyard manata qədər yüksəlməsi proqnozlaşdırılır. Cari ildə əhalinin sosial rifahının yüksəldilməsi üçün həyata keçirilmiş tədbirlərin nəticəsində iqtisadiyyatın bütün sahələri üzrə orta aylıq əməkhaqqı səviyyəsinin 2020-ci ildə 15,5 faiz artımı gözlənilir.

Sənədə görə, 2019-cu ilin yanvar-avqust ayları ərzində ölkədə inflyasiya 2,6 faiz təşkil edib.

Xəbər lenti
0