Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert Bakı – Tbilisi – Qars dəmiryolunun Mərkəzi Asiya üçün önəmini açıqladı

Abunə olmaq
İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, bu onların ixrac imkanlarının genişləndirilməsi baxımından vacibdir
Vüqar Bayramov: “Məhsullarımızın digər ölkələrin bazarlarına çıxmasına imkan yaranacaq”

“Bakı – Tbilisi – Qars dəmiryolu xəttindən səmərəli istifadə əhəmiyyətlidir. Nəqliyyat, loqistika əlaqələrinin inkişafı ölkələr arasında münasibətlərin irəliləməsinə töhfə verəcək, eyni zamanda Özbəkistanın şəhərlərini Avropaya daha da yaxınlaşdıracaq”.  Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Şurasının Bakıda keçirilmiş VII Zirvə Görüşündə çıxışı zamanı deyib.

İqtisadçı ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a deyir ki, Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyat dəhlizlərinin birləşdirilməsi baxımından vacibdir:

“Bu, bizə imkan verir ki, Avropa və Asiyanı, xüsusən də Mərkəzi Asiya ilə Qara dəniz hövzəsini dəmiryolu xətti vasitəsilə birləşdirmək mümkün olsun. Asiyada Çin və digər ölkələr regiona böyük məbləğdə məhsullar ixrac edir. Bu da onların ixrac imkanlarının genişləndirilməsi baxımından vacibdir. Sözügedən dəmir yolu xətti həm də Azərbaycanın qeyri-neft məhsullarının Türkiyə və digər ölkələrin bazarlarına çıxmasına imkan yaradacaq”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0