SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Eks-səfir: "Həmsədrlərin fəaliyyəti zaman itirməkdən başqa bir şey deyil"

© Sputnik / Murad OrujovTürkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç
Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç  - Sputnik Azərbaycan
Abunə olmaq
"ATƏT-in Minsk qrupunun həmsədrləri dəfələrlə gəlirlər, yeyib-içib gedirlər. Güclü dövlətlərin məsələyə müdaxiləsi vacibdir"

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 21 oktyabr — Sputnik. Türkiyə və Rusiya arasında münasibətlər hazırda çox yüksək səviyyədədir. Bu əlaqə bölgəyə hansı töhvəni verə bilər. Bu barədə Sputnik Azərbaycana açıqlama verən Azərbaycan Prezidentindən ilk "Dostluq ordeni" alan, Türkiyənin Azərbaycandakı keçmiş səfiri, Türk Dünyası Parlamentlər Birliyinin xarici əlaqələr üzrə baş koordiantoru Hulusi Kılıç bildirdi ki, hər kəs iki dövlət arasında münasibətlərin çox yaxşı olduğunu görür: "Bu, bölgə üçün də müsbət haldır. Bölgədə sülh üçün bu əlaqə çox mühümdür. Suriya məsələsində biz Rusiya ilə əməkdaşlıq edirik. Ölkə prezidentləri tez-tez görüşürlər. Bildiyim qədəri ilə oktyabrın 22-də Soçidə yenidən görüşəcəklər.Təbii ki, gözəl əlaqələrin gözəl nəticələri olacaq. Mən deyə bilərəm ki, bu münasibət belə davam edərsə Azərbaycan həmçinin Qafqaz regionunu üçün də müsbət təsir edəcək. Türkiyə və Rusiya münasibətlərinin bu səviyyədə olması dünyada sabitlik üçün də çox önəm daşıyır.

Xarici İşlər naziri Elmar Məmmədyarov - Sputnik Azərbaycan
QARABAĞ
Məmmədyarov Qarabağ münaqişəsinin həllində MDB-nin rolunu şərh edib

- Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü baş tutdu. Xaricdə belə bir fikir formalaşıb ki, Türk dövlətlərinin birləşməkdə məqsədi hərbi və ya siyasi qurum yaratmaqdır. Bu quruma maraq getdikcə artır. Artıq Özbəkistan üzv oldu. Bildiyimiz kimi bura üzv olmaq üçün Cənubi Koreya və Macarıstan də maraq göstərir. Bu birliyin gələcəyini necə görürsünüz?

- Bildiyiniz kimi on il öncə Naxçıvan anlaşması qəbul olundu. Mən həmin dövrdə Azərbaycanda səfir idim. Istər Türk birliyi, istər Tük Parlament Assambleyası, istər yeni qurulan Türk İrsi dərnəyi olsun fərq etməz, bunlar bizim mədəniyyət və kök bağlarına söykənən təşkilatlanmadır. Buna bənzər ərəb birliyi var. Ona görə də bunu olduğu kimi qəbul etmək lazımdır. Bizim devizimiz "Yurdda sülh, cahanda sülh"dür. Adını çəkdiyiniz ölkələrlə yanaşı qaqauzlar da yaxın günlərdə bura üzv olacaq.

- Türkiyə ilə Azərbaycan arasındakı münasibət digər türk dövlətləri ilə eyni səviyyədədirmi?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
QARABAĞ
Ərdoğan Qarabağ münaqişəsi haqda – Tanrı köməyimiz olsun

- Azərbaycan Türkiyə üçün çox özəldir. Bizim sərhəddimiz var. Çanaqqala döyüşündə canından keçən azərbaycanlı qardaşlarımız olub. Qurtuluş savaşında Atatürkə yardım edən azərbaycanlı qardaş və bacılarımız olub. Həmin dövrdə buradakı bacılarımız öz qızıl sırğalarını yığıb yardıma göndəriblər. Digər türk dövlətləri də bizim üçün qardaşdır. Amma Azərbaycan və Türkiyə əkiz qardaşdır.

Qarabağ mövzusuna toxunan eks-səfir bildirdi ki, BMT-nin qəbul etdiyi 4 qətnamə tez bir zamanda icra olunmalıdır: "İşğal olunmuş torpaqlar azad olunmalıdır. Biz bütün xalqları sevirik. Problem onları idarə edənlərdədir. Ermənistan bölgənin inkşafından yararlana bilər. Baxın, Gürcüstan vəziyyətdən necə yararlanır. Qarabağ münaqişəsi də həll olunmalıdır. İnsanların artıq səbri tükənib. Qarabağ düyünü açılmadan burada rahatlıq olmayacaq. Qarabağ Azərbaycandır, Qarabağ Türkiyədir. Bunu belə də bilsinlər. ATƏT-in Minsk qrupunun həmsədrləri dəfələrlə gəlirlər, yeyib-içib gedirlər. Onların fəaliyyəti zaman itirməkdən başqa bir şey deyil. Güclü dövlətlərin məsələyə müdaxiləsi vacibdir".

Xəbər lenti
0