Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xurma ilə qoz iki kişini xəstəxanalıq etdi

© Sputnik / Ilham MustafayevTovuz rayonunun Qovlar şəhərində xurma yığımı
Tovuz rayonunun Qovlar şəhərində xurma yığımı - Sputnik Azərbaycan
Abunə olmaq
İki fərqli rayonda oxşar hadisə nəticəsində kənd sakinləri ağır xəsarət alıblar, vəziyyətləri ağır qiymətləndirilir

BAKI, 20 oktyabr — Sputnik. Azərbaycanda iki nəfər meyvə dərərkən xəsarət alıb.

Bir hadisə Ağstafa rayonunun Həsənsu kəndində baş verib. Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, kənd sakini, 1985-ci il təvəllüdlü Xudaverdiyev Pərviz Əsgər oğlu həyətində ağacdan xurma yığan zaman yıxılıb. 34 yaşlı kişi dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Tut ağacı - Sputnik Azərbaycan
HADİSƏ
Tut arzusu ürəyində qaldı: 59 yaşlı kişi ağacdan yıxılıb öldü

Astara rayonunda da bənzər hadisıə olub. "Report"un məlumatına görə, rayonun Pəlikeş kənd sakini, 1988-ci il təvəllüdlü Mehman Mirzə oğlu Qasımov həyətində qoz yığarkən ağacdan yıxılıb. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin diaqnostik müayinələr zamanı onda kəllə-beyin travması, boyun fəqərələrinin zədələnməsi, hər iki qol və əl sümüklərində sınıqlar qeydə alınıb. Daxili orqanlarının zədələnib-zədələnmədiyini dəqiqləşdirmək üçün müayinə aparılır. Xəstənin vəziyyəti ağır qiymətləndirilir. 

Xəbər lenti
0