Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı dizaynerlər moda həftəsində moskvalıları heyran qoydular - FOTO

© Sputnik / Evgeniy Biyatov / Mediabanka keçidМодели демонстрируют одежду на неделе моды в Москве
Модели демонстрируют одежду на неделе моды в Москве - Sputnik Azərbaycan
Abunə olmaq
2020 yaz/yay Mercedes-Benz Fashion Week moda həftəsi Rusiya və Şərqi Avropanın dəb sahəsində əsas tədbirlərindəndir

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Azərbaycanlı dizaynerlər Aynur Əliyeva və Leyli Zalova Moskvada 2020 yaz/yay Mercedes-Benz Fashion Week moda həftəsində yeni kolleksiyalarını təqdim ediblər.

Sputnik Azərbaycan-a bu barədə dizaynerlər özləri məlumat veriblər.

Aynur Əliyevanın hər obrazının əsasında məşhur polka-dot naxışlı, mürəkkəb qırçın və büzmələrdən ibarət çoxyaruslu geyimlər durur. İncə beli vurğulayan bant və işləməli ikiqat kəmərlər isə yeni yaz-yay kolleksiyasının obrazlarına qadın zərifliyi bəxş edib.

Leyli Zalovanın geyimləri isə zərif bədənin konturlarını vurğulayır. Mürəkkəb işləmələr, tikmələr, korsetlər, yarımşəffaf seksual detallar ultrazərif qadınlıq və cazibədarlıqla çulğalaşır.

© © Courtesy of Leyli ZalovaLeyli Zalovanın Moskvada moda həftəsində nümayiş olunan geyim kolleksiyası
Azərbaycanlı dizaynerlər moda həftəsində moskvalıları heyran qoydular - FOTO - Sputnik Azərbaycan
Leyli Zalovanın Moskvada moda həftəsində nümayiş olunan geyim kolleksiyası

Moda həftəsində həmçinin Koreya, İspaniya, Belçika, Çin, Livan və digər ölkələrdən olan dizaynerlər də öz geyimlərini nümayiş etdiriblər.

Mercedes-Benz Fashion Week moda həftəsi Rusiya və Şərqi Avropanın dəb sahəsində əsas tədbirlərindəndir. Moda həftəsi RF Mədəniyyət Nazirliyinin dəstəyi və Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının himayəsi altında ildə iki dəfə - apreldə və oktyabrda keçirilir.

Xəbər lenti
0